Bizim haqqımızda

ATV+ - Azərbaycan bazarında 2013-cü ilin sentyabr ayından fəaliyyət göstərən yeni Televiziya operatorudur.

Demək olar ki bütün Abşeronu əhatə edən rəqəmsal efir yayımı xidmətlərini Sizə təklif edirik. ATV+ - Azad Azərbaycan müstəqil teleradio şirkətinin layihələrindən biridir. Azad Azərbaycan müstəqil teleradio şirkətinin digər layihələri: tanınmış ATV telekanalı, radiokanallar 106FM və 106.3 FM-dir.

Bizim əsas məqsədimiz – yeni texnologiyaların tətbiqi və Azərbaycan vətəndaşlarına efir yayımı sahəsində yüksək səviyyəli xidmətinin göstərilməsidir. Hal-hazırda, ATV+ rəqəmsal efir yayımı, müasir DVB-T (Digital Video Broadcasting — Terrestrial), standartı səviyyəsində aparılır.

Bizim üstünlüklərimiz:

  • Simsiz qoşulma
  • Yüksək keyfiyyətli təsvir
  • Geniş əhatə dairəsi
  • Innovasiya

Biz abunəçilərimizin istəklərini hər zaman nəzərə alırıq və siyahını mütəmadi olaraq genişləndiririk. Hal-hazırda "Deluks" tarif paketimizdə 18 HD formatlı kanal daxil olmaqla 100 tanınmış xarici kanal izləyə bilərsiniz. Bundan əlavə, 12 yerli kanal rəqəmsal formatda pulsuz yayımlanır.

Qoşulmaq üçün lazım olan cihaz:

  • Televizor
  • Antenna
  • Tüner və ya Cİ modulu (televizorunuzun modelindən asılı olaraq)

ATV+ - yenilik, proqressiv və innovasiya üçün yönləndirilmiş, hər kəsin sorğusunu nəzərə alan televiziya operatorudur.

“ATV+ ilə Siz öndəsiniz!”

5 fevral
Кинохит
Onlayn-müraciət

Qoşulmaq üçün müqavilə bağlamağa ehtiyac yoxdur. Sizə lazım olan - cihazı əldə etmək sərbəst qoşmaq və ya bizə müraciət edib çatdırılma və qoşulmanı sifariş etmək.

Qoşulmaq