ATV+a evi tərk etmədən qoşulmaq!

2015-04-29

ATV+ yeni xidmətlərinin tətbiqini və təkmilləşdirilməsini davam edir. İndi ATV+a evi/ofisi tərk etmədən qoşulmaq olar. Lazım olan: veb səhifədəki ərizəni doldurmaq və ya qısa 996 nömrəyə zəng vurmaq. Mütəxəssislərimiz Sizinlə əlaqə saxlayacaq, cihazı çatdırıb və qoşacaqlar.

Qoşulmağa ərizə doldurmaq üçün qısa 996 nomrəyə zəng vurarkən sadəcə telefonun menyusunda ulduz (*) düyməsini seçib təlimatı izləyin.Bununla siz qoşulmağa sorğu göndərirsiniz.

Onlayn ərizəni burada doldurmaq mümkündür

ATV+ ilə Siz öndəsiniz!