Yeni ilə ATV+dan 18 HD kanal!

2015-12-12

Yeni ilə biz abunəçilərimiz üçün hədiyyə olaraq kanalların yeni siyahısını hazırlamışıq. İndi abunəçilər HD formatında 18 kanal izləmək imkanını əldə edə biləcəklər.

Biz “Deluks” adlandırılan xarici kanallardan ibarət olan bir tarif paketi təqdim edirik. HD formatında 18 kanal daxil olmaqla bu tarif paketində 100 tanınmış xarici kanal toplanıb. Bununla yanaşı, tarif paketinin qiyməti dəyişməz qalır (aylıq abunə haqqı 10AZN). Əlavə olaraq, 12 yerli kanal rəqəmsal formatda pulsuz yayımlanır. Kanalların tam siyahısı ilə burada tanış ola bilərsiniz.

13 dekabrdan etibarən kanalların siyahısı yenilənəcək. Lazım olan – cihazda kanalların siyahısını sadəcə təkrarən yeniləməkdir.

Kanalların yenilənməsi cihazınızdan asılı olaraq, aşağıdakı şəkildə baş verir:

  • əgər siz resiver istifadəçisisinizsə, bu halda ekranda kanalların yenilənməsi haqqında mesaj əks olunacaq və siz “OK” düyməsini seçməlisiniz.
  • əgər siz CI modul istifadəçisisinizsə, bu halda siz televizorunuzun əyarlarına daxil olub kanalları yenidən axtarış etməlisiniz.

HD kanalların siyahısı:

  1. TV1000 Comedy HD
  2. TV 1000 Megahit HD
  3. HD Кино (ru)
  4. HD Кино 2 (ru)
  5. ATV+ Kino HD
  6. Star TV HD (tr)
  7. TV 8 HD
  8. Discovery Channel HD (ru)
  9. National Geographic HD (ru)
  10. Nat Geo Wild HD (ru)
  11. Animal Planet HD (ru)
  12. Nickelodeon HD (ru)
  13. НТВ+ Наш Футбол HD
  14. НТВ+ Футбол 1 HD
  15. НТВ+ Футбол 2 HD
  16. НТВ+ Футбол 3 HD
  17. Eurosport HD (ru)
  18. Спорт 1 HD

Hər hansı bir əlavə sual yarandıqda hər zaman cavablandırmağa hazırıq.

Tel.: (12) 996 / https://www.facebook.com/atvplus.az

Sizə sevimli kanallarınızı izləməyə xoş seyrlər arzu edirik!